Daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti cəbhəboyu zonada hərbi vəziyyətin təmin edilməsi ilə bağlı mühüm vəzifələri yerinə yetirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xain düşmənin dinc yaşayış məntəqələrimizdə təxribatlar, terror aktları törətmək niyyətini bir an belə unutmamalıyıq, daim sayıq olmalıyıq: "Ölkəmizdə təhlükəsizliyin qorunması işinə öz töhfəmizi verməklə asayişi təmin edən dövlət orqanlarının yaxın köməkçisinə çevrilək".