Erməni hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboy rayonunun Meşəli kəndini hədəfə alıb.
Lent.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
ANAMA-nın xüsusi çevik əməliyyat qrupları əraziyə atılmış 300mm 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacıq aşkar edib.
Bu fakt bir daha sübut edir ki, ermənilər davamlı olaraq mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə edirlər.