DİN maşından bayrağın sökülməsinə münasibət bildirdi
14 aprel 2020 16:15 (UTC +04:00)

DİN maşından bayrağın sökülməsinə münasibət bildirdi

Bakı şəhər sakini olan vətəndaş Rasim Ələsgərov sosial şəbəkədə video görüntü paylaşaraq özünə məxsus “Mitsubishi Pikap” markalı avtomobilinin damında olan dövlət bayrağı rəsminin polis tərəfindən sökülməsinə etiraz edib.

Lent.az xəbər verir ki, məsələyə münasibət bildirən DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qeyd edib ki, birdəfəlik bilməliyik ki, dövlət bayrağından harda gəldi, necə gəldi istifadə etmək olmaz:

“Bayraq Azərbaycanın suverenliyinin rəmzidir. Hər bir vətəndaş, eləcə də ölkəmizdə olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər  Azərbaycanin Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı qaydaları  Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Qanunu ilə tənzimlənir və orada da konkret göstərilir ki, dövlət bayrağı hansı yerlərdə qaldırıla və yerləşdirilə bilər. Nəqliyyat vasitələrində dövlət bayrağının təsvirindən örtük və ya pərdə kimi istifadə isə qətiyyən yolverilməzdir. Bayrağa hörmət edən şəxs onu “Pikap”ın yük yerinə bəzək üçün çəkməz. Ona görə də həmin sürücüdən fərqli olaraq  dövlət bayrağına hörmətlə yanaşan polis əməkdaşınin tələbi tam haqlıdır və dərhal da qeyd-şərtsiz icra edilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1220
avatar

Mehman Nəbiyev

Oxşar yazılar