DİN-dən karantin cərimələrini ödəmək istəməyənlərə XƏBƏRDARLIQ
14 aprel 2020 17:04 (UTC +04:00)

DİN-dən karantin cərimələrini ödəmək istəməyənlərə XƏBƏRDARLIQ

Bakıda keçirilən reydlərin birində vətəndaşın “Yaz cəriməni, çıxıb gedim. Onsuz da ödəməyəcəyəm” reaksiyası müzakirələrə səbəb olub. Sosial şəbəkələrdəki rəylərdən göründüyü kimi, bu fikirdə olanlar az deyil.

Lent.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi mətbuat Xxdmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, bu cür düşünənlər səhvə yol verirlər:

“Deyilənlər tamamilə yanlış və qeyri-ciddi fikirlərdir. Karantin rejiminin pozulmasına görə tətbiq edilən cərimələrin ödənilməsi mexanizmi mövcuddur. Karantin rejimi qaydalarını pozan şəxs barəsində tərtib edilən protokoldan, qanunvericiliyə müvafiq olaraq, məhkəməyə müraciət etməsi üçün 10 gün vaxt verilir.

Yəni vətəndaş özünü günahkar hesab etmirsə, protokoldan şikayət verə bilər. On gün ərzində şikayət olunmazsa, protokol qanuni qüvvəyə minmiş sayılır. Bundan sonra vətəndaşa cəriməni ödəmək üçün 30 gün vaxt verilir. 40 gün ərzində sahə müvəkkilləri adına protokol tərtib edilən şəxslərə cəriməni ödəmələri barədə xəbərdarlıq edir.

Qırx gündən sonra cəriməni ödəməyən şəxslərin iş yerinə və yaxud yaşadığı ünvana rəsmi bildirişlər göndəriləcək ki, cərimə məbləğini dərhal ödəsinlər. Ödənişdən imtina edən şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq, avtomobili varsa saxlanılacaq və cərimə ödənilənədək cərimə meydançasında qalacaq.

Cərimələrin ödənilməsi üçün məcburetmə üsullarının hamısından istifadə olunacaq. Karantin rejimini pozduğuna görə barəsində inzibati cərimə tətbiq edilənlər bilməlidir ki, həmin məbləği mütləq şəkildə, vaxtında ödəməlidirlər. Əks təqdirdə, barələrində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3563

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15