Çinin Uhan şəhərindən Türkiyəyə təxliyə edilən şəxslərdən götürülən analizlərin növbəti nəticələri açıqlanıb.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
O bildirib ki, növbəti analizin nəticələrinə əsasən, 42 nəfərdə koronavirus aşkarlanmayıb.
Nazir qeyd edib ki, onların 14 günlük karantin müddəti başa çatıb.
Qeyd edək ki, bundan əvvəl də açıqlanan nəticələrə görə, həmin şəxslərdə koronavirus aşkar edilməyib.
Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır. Ekipaj, texniki və tibbi heyət üzvləri ilə birlikdə təxliyə edilənlərin sayı 61 nəfərdir. Ekipaj, texniki və tibbi heyət üzvləri bundan əvvəl evə buraxılıblar.