Bu ölkədə Daxili İşlər naziri koronavirusa yoluxdu
13 mart 2020 12:16 (UTC +04:00)

Bu ölkədə Daxili İşlər naziri koronavirusa yoluxdu

Avstraliyanın Daxili İşlər naziri Piter Datton koronavirusa yoluxub.

APA-nın xəbərinə görə, bu barədə nazir “Twitter”də bildirib.

P. Dattonun sözlərinə görə, onda yeni növ koronavirus (COVID-19) aşkarlanıb və həkimlərin tələbinə uyğun olaraq xəstəxanaya yerləşdirilib.

“Bu gün səhər yüksək hərarət və boğaz ağrısına oyandım. Dərhal Kvinslend ştatının Səhiyyə Nazirliyi ilə əlaqə saxladım, daha sonra COVID-19 testi verdim və testin nəticəsi müsbət çıxdı”, - deyə nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 919
avatar

Oxşar yazılar