Fevralın 18-də səhər saatlarından Suraxanı rayonu, Hövsan qəsəbəsinin Oqtay Şabanov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısamüddətlik məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən xəbərə görə, məhdudlaşdırılma təmir işləri ilə əlaqədardır. Sürücülərə hərəkət istiqamətlərinə uyğun olaraq altentaiv yollardan istifadə etmələri tövsiyə olunub.