Bir ayda qazdan zəhərlənmə ilə bağlı müraciətlərin sayı AÇIQLANDI
03 mart 2020 11:26 (UTC +04:00)

Bir ayda qazdan zəhərlənmə ilə bağlı müraciətlərin sayı AÇIQLANDI

Fevral ayında dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 330 müraciət daxil olub.

Şöbənin baş həkimi Azər Maqsudov Lent.az-a bildirib ki, onlardan 280 nəfərinə məsləhət verilib, 50 nəfəri isə xəstəxanaya qəbul olunub.

Həkimin sözlərinə görə, ötən ay ərzində müraciət edənlər arasında dəm qazından ölüm faktı baş verməyib: “Dəm qazından zəhərlənmələrin 90-95 faizi hamam otağında baş verib”.

  

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698
avatar

Aygün İbrahimli

Oxşar yazılar