Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində geniş ərazidə məişət tullantıları yanması barədə məlumat daxil olub.
APA-nın FHN-nin saytına istinadən xəbərinə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.