Beyləqanda karantin rejimi ilə əlaqədar tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, mütəmadi olaraq küçə və prospektlərdə post patrul maşınlarından səsgücləndiricilər vasitəsi ilə operativ qərargahın tələbləri səsləndirilir. Həmçinin qonşu rayonlarla sərhəddə postlar qurulub, rayona giriş-çıxış nəzarətə götürülüb. Bundan başqa əhalinin sıx toplaşacağı ərazilər də polis tərəfindən müşahidə altında saxlanılır. Sakinlərə sosial məsafənin qorunması və digər təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur. Eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədi ilə patrul xidməti yerinə yetirilir, qaydanı pozan şəxslər cərimələnir. Ümumilikdə rayon ərazisində 82 nəfərə protokol tərtib edilib, 3 nəfər inzibati qaydada həbs edilib.
Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində davam etdiriləcək.