Balakənin "Bazar" adlanan ərazisində bazar açanlar cərimələndi
10 avqust 2020 16:18 (UTC +04:00)

Balakənin "Bazar" adlanan ərazisində bazar açanlar cərimələndi

Balakən rayon Polis Şöbəsinin əməkdaşları antisanitar vəziyyət yaradan küçə ticarətinin qarşısının alınması məqsədilə şəhər ərazisində  reyd keçirib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, şəhərin “bazar” adlanan ərazisində keçirilən reyd zamanı xüsusilə də səkilərdə piyadaların hərəkətini çətinləşdirən, pərakəndə ticarətlə məşğul olan satıcılara rast gəlinib. Həmin şəxslərlə maarifləndirici söhbətlər aparılıb, yoluxucu virusun geniş vüsət aldığı bir zamanda qida məhsullarının antisanitar şəraitdə ticarətinin aparılmasının düzgün olmadı onlara izah edilib.

Qanunsuz küçə ticarəti ilə məşğul olanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2119
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar