Bakıda kişi meyiti tapılıb.
APA-nın məlumatına görə, Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “Köhnə Hamam” deyilən tikilinin içində kişi meyiti tapılıb.
Araşdırmalar zamanı məlum olub ki, meyiti tapılan şəxs Xətai rayon sakini, 41 yaşlı Mixail Kanonovdur. Hadisə yerinə baxış keçirilən zaman meyitin yanında bir ədəd şpris aşkar edilib.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma başlanıb, müvafiq ekspertizalar təyin edilib.