Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı qarsalanıb. Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğını yanğından mühafizə bölmələri söndürüb.