Bakıda oğurluq hadisəsi olub.
Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, oktyabrın 15-də Yasamal rayonu ərazisindəki tikinti şirkətlərindən birinin həyətindən 1056 manat dəyərində elektrik naqili oğurlanıb.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini R.Abdullayev saxlanılıb.