Bakıda sürücü sükan arxasında infarkt keçirərək ölüb - FOTO
19 mart 2020 23:09 (UTC +04:00)

Bakıda sürücü sükan arxasında infarkt keçirərək ölüb - FOTO

 

Bakının Xətai rayonunda sürücü sükan arxasında qəfildən ölüb.

APA-nın məlumatına görə, hadisə Nobel prospektində qeydə alınıb.

1973-cü il təvəllüdlü Tariyel Əliyev "Mercedes" markalı avtomaşınla hərəkətdə olan zaman qəfildən sükan arxasında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunsa da, onun artıq dünyasını dəyişdiyi məlum olub. Həkimlərin ilkin müayinəsi zamanı T.Əliyevin ürəktutmasından keçindiyi dəqiqləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2152
avatar

Oxşar yazılar