Nəsimi rayonu ərazisindəki “Azərsu” ASC-yə məxsus qorunan su anbarının ərazisinə icazəsiz daxil olmağa cəhd göstərən A.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 25-də saat 19 radələrində Nəsimi rayonu ərazisindəki “Azərsu” ASC-yə məxsus qorunan su anbarının ərazisinə icazəsiz daxil olmağa cəhd göstərən Bakı şəhər sakini A.Həsənov Baş Mühafizə İdarəsinin Həyat əhəmiyyətli obyektlərin mühafizəsi üzrə Polis Alayının əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə təhvil verilib.
Araşdırmalar zamanı onun rayon ərazisindəki bir mağazadan 1700 manat dəyərində 2 ədəd mobil telefon və 3 ədəd qol saatı oğurlaması da müəyyən edilib.