Bakıda qadına qarşı soyğunçuluq edilib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, F. İbrahimbəyov küçəsində qeydə alınıb.
Naməlum şəxslər E. Qasımovaya xəsarət yetirərək, içərisində qızıl və mobil telefonu olan çantasını alıb qaçıblar.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri - əvvəllər məhkum olunmuş Ə. Məmmədov saxlanılıb. Digər şəxsin də kimliyi müəyyənləşdirilib.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.