Nəsimi rayonunda ofisdən oğurluq edilib.
Lent.az DİN mətbuat xidmətinə istinadən bildirir ki, martın 23-də rayon ərazisindəki ofislərin birindən 6455 manat dəyərində 1 ədəd televizor, 2 ədəd kompüter, parfümeriya və kofe aparatı oğurlanıb.
Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirzəyev saxlanılıb.