Ötən gün Bakıda iki evdən meyit tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Nizami rayonunda 1 və həmçinin Nərimanov rayonunda da 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və Nizami rayonundakı çağırış üzrə evdə aşkarlanan 65 yaşlı Popova Tatyana Qeorqiyevnanın Nəimanov rayonundan olan çağırış üzrə isə 73 yaşlı Arefyeva Svetlana Mixaylovnan meyitlərini aidiyyəti üzrə təhvil veriblər.