Bakıda minik avtomobili parkın səkisi və ağacına çırpılıb, xəsarət alan var - FOTO
18 aprel 2020 01:06 (UTC +04:00)

Bakıda minik avtomobili parkın səkisi və ağacına çırpılıb, xəsarət alan var - FOTO


Bakının Yasamal rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Hüseyn Cavid prospektində qeydə alınıb.

Ceyhun Tağıyev idarə etdiyi “Audi” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil Hüseyn Cavid parkının beton səkisinə və ağaclara çırpılıb. Qəza zamanı sərnişin yüngül bədən xəsarətləri alıb. Avtomobil isə deformasiyaya uğrayıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Yola dağılan mühərrik yağının təmizlənməsi üçün Mənzil İstismar Sahəsinə müraciət edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1390
avatar

Oxşar yazılar