Bakı şəhərinin Sabunçu rayonu, Ramana qəsəbəsində 600 m² sahədə mazut qalıqları və qamışlıq sahə yanıb.
Lent.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
16.31
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində mazut qalıqlarının yanması barədə məlumat daxil olub.
Lent.az FHN-in saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.