Bakıda maşın piyadanı vurub oradan uzaqlaşdı
17 aprel 2020 12:20 (UTC +04:00)

Bakıda maşın piyadanı vurub oradan uzaqlaşdı

Bakıda piyadanı vuran maşının sürücü hadisə yerindən yayınıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 15-də saat 20 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobil yolu keçən Bakı şəhər sakini A.Vlasovanı vurub və o, xəstəxanaya yerləşdirilib.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “KİA” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini T.Tağıyev müəyyən edilərək saxlanılınb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1237
avatar

Mehman Nəbiyev

Oxşar yazılar