Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində baş verib.
1961-ci il təvəllüdlü Əhmədağa Əhmədov yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı dərhal 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.