Bakıda itkin düşən qız tapılıb.
Lent.az-ın məlumatına görə, aprelin 14-də, saat 23:20-də 12 yaşlı Miroşniçenko Sima Qrişa qızı Sabunçu qəsəbəsi, Q.Vəzirov küçəsində kirayədə yaşadıqları evdən çıxaraq geri qayıtmayıb. Bu barədə onun nənəsi Miroşniçenko Mariya Aleksey qızı Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək məlumat verib.
Həmin şöbə əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində itkin düşən 12 yaşlı Miroşniçenko Sima Qrişa qızı aprelin 16-da sağ salamat tapılaraq ailəsinə təhvil verilib.
Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdirma aparılır.