Bakının Nəsimi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Bülbül prospekti ilə Füzuli küçəsinin kəsişməsində qeydə alınıb.
Kənan Cəfərovun idarə etdiyi “Chevrolet” markalı nəqliyyat vasitəsi “Lexus” markalı avtomobillə toqquşub.
K.Cəfərov APA-ya bildirib ki, işıqforun qırmızı işığını görmədiyindən hərəkəti davam etdirib və "Lexus"a çırpılıb.
Hadisə nəticəsində K.Cəfərovun avtomobilində olan sərnişin ağır vəziyyətdə, özü isə müxtəlif bədən xəsarətləri ilə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.