Bakıda fəhlə itkin düşüb.
APA-nın məlumatına görə, Sabunçu rayon sakini Gülzar İsayeva raon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edərək Sabunçu rayon bazarında və Nizami rayon "8 km bazarı"nda fəhlə işləyən, 1973-cü il təvəllüdlü qardaşı Salman Cəlilovun itkin düşdüyünü bildirib.
O, ərizəsində qeyd edib ki, qardaşı sonuncu dəfə aprelin 6-da Sabunçu qəsəbəsi, Ə. Məmmədəliyev küçəsi 5 ünvanında görülüb.
Faktla bağlı araşdırma aparılır.