Bakıda mənzildən külli miqdarda pul oğurlanıb.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə oktyabrın 19-da rayon ərazisindəki mənzillərin birindən 130 min manat pulun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Hacızadə və Bakı şəhər sakini F.Kərimov müəyyən edilərək saxlanılıblar.