Martın 4-də saat 20 radələrində Belarus vətəndaşı, 57 yaşlı Sahib Babayevin paytaxtın Nizami rayonu ərazisində qeyri-rəsmi nikahda olduğu arvadı, 35 yaşlı Rusiya vətəndaşı Elnara Ağarzayevanın boğaz nahiyəsindən kəsici-deşici alətlə ağır xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Bakı şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə zəruri ekspertizalar təyin olunub.
S.Babayev şübhəli şəxs qismində istintaqa cəlb olunub.