Binəqədidə əczaçıya qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, həmin vaxt naməlum şəxs aptekə dərman almaq adı ilə daxil olaraq zərərçəkənin “LG” markalı mobil telefonunu götürüb hadisə yerindən yayınıb.
Tədbir zamanı həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov tutulub. O, telefonu ələ keçirəndən sonra 35 manata metronun 20 Yanvar stansiyasının yaxınlığında tanımadığı şəxsə satdığını bildirib.
Faktlarla bağlı saxlanılan şəxslər barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Gördüyünüz bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə DİN-in “102” Zəng Mərkəzinə, Binəqədi Rayon Polis İdarəsi və ya 5-ci Polis Bölməsinə müraciət edə bilərlər.