Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO
19 mart 2020 03:26 (UTC +04:00)

Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO

 

 

Bakının Nizami rayonunda piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza metronun “Koroğlu” stansiyasının qarşısında, şəhər istiqamətində qeydə alınıb.

 “Toyota” markalı avtomobil yolu keçən orta yaşlı piyadanı vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Əraziyə DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Qeyd edək ki, hadisə baş verən yerin yaxınlığında yeraltı piyada keçidi var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1062

Oxşar yazılar