Bakıda 31 yaşlı kişi qonaq getdiyi evdə öldü
16 aprel 2020 15:09 (UTC +04:00)

Bakıda 31 yaşlı kişi qonaq getdiyi evdə öldü


Bakıda 31 yaşlı kişi qonaq getdiyi mənzildə ölü tapılıb.

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb. 

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Ceyhun Quliyev dostunun evinə qonaq gələrək orada gecələyib. 

Səhəri gün naməlum şəxs C. Quliyevin qardaşı Kərim Quliyevin telefonuna zəng vuraraq qardaşının öldüyünü bildirib. 

C. Quliyevin meyiti Hövsan qəsəbəsində dostunun evində aşkar edilib. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1802
avatar

Oxşar yazılar