Bakıda "moyka"dan maşın qaçırıldı
20 aprel 2020 13:47 (UTC +04:00)

Bakıda "moyka"dan maşın qaçırıldı

0

Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 19-da H.Bəşirova məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Tağıyev, O.Salmanov və əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini M.İsmayılov aprelin 19-da rayon ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Mikayılov Xətai rayonu ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Növbəti avtomobil qaçırma hadisəsi Xətai rayonunda baş verib.

Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini M.Məmmədov aprelin 18-də rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən “BMW” markalı avtomobilinin qaçırıldığını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini R.Əhmədov aprelin 19-da A.Cəlilov küçəsində avtomobillə birgə saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1352

Oxşar yazılar