Bakı şəhər Baş Polis İdarəsi karantin rejimi və hərbi vəziyyətlə əalqədar əhaliyə şəhər sakinlərinə müraciət edib.
Lent.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, respublikada elan olunmuş hərbi vəziyyət rejimi ilə əlaqədar vətəndaşlarımız hər an ayıq-sayıq olmalı, eyni zamanda komendant saatı qaydalarına ciddi riayət etməlidir:
"Koronavirus infeksiyasının doğurduğu təhlükəni də bir an belə unutmamalı, sağlamlığımızın qayğısına qalmalıyıq. Qanunlara və qaydalara ciddi riayət etməklə, nümunəvi davranışla düşmənlə mübarizəyə çoxsaylı qüvvə cəlb etmiş dövlət orqanlarının fəaliyyətinə böyük dəstək vermiş olarıq".