Bakı metrosunda daha üç qanovun qurulmasına başlanıldı - FOTO
19 mart 2020 16:29 (UTC +04:00)

Bakı metrosunda daha üç qanovun qurulmasına başlanıldı - FOTO


“Bakı Metropoliteni” QSC-nin deposunun texniki-baxış sahəsində növbəti üç qanovun mərhələli yenidənqurma işləri başlanıb.

QSC-dən Lent.az-a verilən məlumata görə, yenidənqurma işləri çərçivəsində qanovlar bütün müasir texniki-normativ tələblər də nəzərə alınmaqla yenidən qurur. İşlərin ilkin mərhələsində qanov yolları sökülüb. Müasir tələblərə uyğun, yeni beton özül qurulub, qanovların dərinliyi normativ göstəricilərə uyğunlaşdırılıb.

Burada yolun üstquruluş elementləri dəyişdirilib, müasir rels altlıqları, birləşdirici elementlər tətbiq edilib.

Qatarların baş vaqonunun ön hissəsinin təmizlənməsi məqsədilə sahənin girişində xüsusi mexanizm quraşdırılıb. Hər iki başda quraşdırılmaqla baş vaqonlara daxil olmaq üçün yeni pilləkən konstruksiyası qurulub.

Daha üç qanovun istismara verilməsi ilə deponun qatarlara baxış sahəsini iki fərqli prizmadan əyani qiymətləndirmək də mümkündür. Qanovlara giriş sahəsi də büsbütün dəyişir. Təyinatına uyğun olaraq, qanovların ön hissəsinin yol yatağı, depo və park yolları kimi, çınqıllı ballast bünövrə üzərində qurulur. Bura dəmir-beton şpallar düzülür. Yolun üst quruluşu avadanlıqları və təmas relsi də yenilənir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5073
avatar

Oxşar yazılar