Bakı polisi martın 24-də 16 cinayətin üstünü açıb.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, onlardan 4-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub.
Quldurluq üzrə 3, narkotiklərin qanunsuz dövriyyəsinə görə 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 5 faktın açılması tədbirlərlə təmin olunub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 4 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.