Azərbaycandan Çinə növbəti yardım göndərildi
12 fevral 2020 17:21 (UTC +04:00)

Azərbaycandan Çinə növbəti yardım göndərildi


Sumqayıt şəhər İcra Hakimiyyəti Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çin Xalq Respublikasının Sian şəhərinə də tibbi ləvazimatlar göndərib.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Çinin Mienyan və Sian şəhərlərindən Sumqayıt şəhər İcra Hakimiyyətinə müvafiq köməkliyin göstərilməsi ilə bağlı daxil olmuş müraciətlər əsasında bu şəhərlərə tibbi ləvazimatların göndərilməsi ilə bağlı qərar qəbul edilib.

Mienyan şəhəri ilə yanaşı bu gün Çin Xalq Respublikasının Sian şəhərinə də tibbi ləvazimatlar göndərib. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Sian şəhərinə 40 min ədəd maska, 50 min ədəd steril əlcək, 50 min ədəd 100 ml-lik spirt göndərilib.

Qeyd edək ki, bu günə olan məlumata görə, Çindә yeni növ koronavirus epidemiyası sәbәbindәn hәlak olanların sayı 1114 nәfәrә çatıb. Çinin Milli Sәhiyyә Komissiyasının mәlumatında qeyd olunub ki, virusa yoluxanların sayı 44  min 653  nәfәrә çatıb. Bunlardan 8 min 204-nün vәziyyәti kritiktir. Mәlumatda hәmçinin bildirilib ki, müalicә olunanların sayı 632-dir.

Sutka әrzindә virus sәbәbindәn hәlak olanların sayı 97 nәfәrә çatıb, daha 16 min   nәfәr koronavirus şübhәsi ilә xәstәxanaya yerlәşdirilib. Belәliklә koronavirus epidemiyası sәbәbindәn  xәstәxanaya müraciәt edәnlәrin sayı 185 min 37 nǝfǝrǝ yüksәlib.

Qeyd edək ki, Sumqayıtdan fevralın 8-də Mienyana da 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min milli litr spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 tabletka xloramin göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1695
avatar

Oxşar yazılar