Poçt vasitəsilə narkotik vasitə göndərilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Bakı Karqo Terminalında Azərbaycandan Çexiyaya təyyarə ilə göndərilən 3 ədəd poçt bağlamasına rentgen aparatında baxış keçirib. Bu zaman monitorda şübhəli təsvirlər müşahidə edilib və kinoloji xidmət iti də gömrük nəzarəti zamanı bağlamaya reaksiya verib.
Yoxlama zamanı poçt bağlamasının içərisində olan 2 cüt ayaqqabının hər birinin dabanındakı boşluqda gömrük nəzarətindən gizlədilən, gümüşü rəngli falqalara bükülü 4 ədəd bükümdə, çəkisi 91,743 qram olan narkotik vasitə - heroin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.