Xızıda 3 gün əvvəl baş verən ölüm hadisəsini yeniyetmənin törətdiyi məlum olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, bu il mart ayının 15-də 17 yaşlı Şorabad qəsəbə sakini A.Əliyevin bıçaqla yetirilmiş xəsarət nəticəsində dünyasını dəyişib. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.
Polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin şəxsi münasibətlər zəminində həmin qəsəbə sakini olan bir yeniyetmə tərəfindən törədildiyi müəyyən olunub. Yeniyetmə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Faktla bağlı Xızı rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.