Azərbaycanda minik və yük avtomobilləri toqquşdu: 3 nəfər öldü - FOTO
15 oktyabr 2020 19:34 (UTC +04:00)

Azərbaycanda minik və yük avtomobilləri toqquşdu: 3 nəfər öldü - FOTO

 

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Qaraməryəm-İsmayıllı yolunun 3-cü kilometrliyində, Göyçay rayonunun Yekəxana kəndi ərazisində qeydə alınıb.

"VAZ 21099" markalı minik və "SHACMAN" markalı yük avtomobillərinin toqquşması nəticəsində Laçın rayonundan olan və Ağcabədinin Taxtakörpü qəsəbəsində məskunlaşan məcburi köçkünlər - 1972-ci il təvəllüdlü Əhmədov Xudamverdi Əhməd oğlu, 1992-ci il təvəllüdlü İsayev Sadiq Zeynal oğlu və 1973-cü il təvəllüdlü Cabbarov Ələsgər Cabbar oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində ölüblər.

Ağır xəsarət alan 1979-cu il təvəllüdlü Rzayev Xanzadə Yunis oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508
avatar

Oxşar yazılar