Qazaxda Ukrayna vətəndaşının meyiti yük avtomobilində yapılıb.
APA-nın məlumatına görə, hadisə rayonun II Şıxlı kəndi ərazisindəki “TIR” dayanacağında qeydə alınıb.
Belə ki, Ukraynadan Gürcüstan vasitəsilə Azərbaycana gələn Ukrayna vətəndaşı Andrey Plaksa yük avtomobilini sərhəd-keçid məntəqəsində dayanacaqda saxlayıb. Bir neçə saatdan sonra onunla gələn iş yoldaşı Aleksey Horbunov Andrey Plaksanın meyitini yük avtomobiıinin kabinəsində aşkar edib.
Faktla bağlı araşdırma aparılır.