Axtarışda olan şəxsin evindən külli miqdarda narkotik çıxdı
10 fevral 2020 12:05 (UTC +04:00)

Axtarışda olan şəxsin evindən külli miqdarda narkotik çıxdı

 

Abşeronda axtarışda olan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (narkotiklərlə əlaqəli cinayətlərə görə) maddəsi ilə axtarışda olan Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsgəndərov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun evindən 3 kiloqram 148 qram marixuana və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1037
avatar

Mehman Nəbiyev

Oxşar yazılar