Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə avqustun 12-də R.Behbudov küçəsində yerləşən tibb mərkəzində həkim işləyən Ü.Hüseynovanın içərisində 2021 manat olan pulqabısının oğurlanması barədə müraciət daxil olub.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dərhal polis əməkdaşları müvafiq araşdırmalar aparıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş S.Quliyeva müəyyən edilərək saxlanılmışdır. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olması da müəyyən edilib.