Avtobusa çox sərnişin yığan sürücülər cərimələndi - FOTO
15 oktyabr 2020 11:27 (UTC +04:00)

Avtobusa çox sərnişin yığan sürücülər cərimələndi - FOTO

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində ictimai nəqliyyatda riayət olunmasına nəzarət məqsədilə Lənkəran rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları reyd keçirib.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, reyd zamanı rayondaxili marşrutlarda sürücü və sərnişinlərin gigiyenik vasitələr və sosial məsafə ilə bağlı müəyyən edilmiş qaydalara riayət etməsi yoxlanılıb. Sərnişinlərlə profilaktik söhbətlər aparılıb və tibbi maskalardan istifadənin zəruriliyi diqqətə çatdırılıb. Edilən xəbərdarlıqlara rəğmən bəzi sürücülərin də tibbi maskdan istifadə etmədiyi, nəqliyyat vasitəsinə normadan xeyli sayda artıq sərnişin götürdüyü müəyyən edilib. Bu halların infeksiyanın yayılması riskini artırdığı onlara izah edilib və həmin sürücülər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Reyd zamanı taksi fəaliyyəti ilə məşğul olan şəxslərin də gigiyenik vasitələrdən istifadə etməsi yoxlanılıb və karantin qaydalarını pozanlar barəsində inzibati protokollar tərtib edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15