Abşeronda iki qardaş əlbir olub maşın qaçırdılar
18 aprel 2020 13:26 (UTC +04:00)

Abşeronda iki qardaş əlbir olub maşın qaçırdılar

0

Abşeron rayonunda avtomobil qaçırılıb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata əsasən, aprelin 17-nə keçən gecə Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini M.Qarayevə məxsus “Mercedes” markalı avtomobil qaçırılıb. Bu barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Xırdalan şəhər sakinləri E.İbadov və qardaşı Nəqliyyatda Baş Polis İdarəsinin Biləcəri Xətt Polis Şöbəsinin Keşlə Xətt Polis Məntəqəsi və Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən avtomobillə birgə saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1141

Oxşar yazılar