Abşeronda intihar hadisəsi baş verib.
Lent.az-ın əldə etdiyi məlumatına görə, hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb. Orada məskunlaşan Laçın sakini 88 yaşlı İsmayıl Domur oğlu Qurbanov yaşadığı evdə sirkə turşusu içərək canına qəsd edib.
Xəstəxanaya yerləşdirilən kişi bir neçə gün sonra orada ölüb.
Faktla bağlı araşdırılma aparılır.