Hacıqabulda bıçaqlanma baş verib.
Hadisə şəhərin D.Həmidov küçəsində qeydə alınıb. Şəhər sakini, 61 yaşlı Sahəddin Tağıyev aralarında yaranmış münaqişə zəminində həmyerlisi, 62 yaşlı Əli Məmmədovu döyüb və bıçaqlayıb. Qarın və üz nahiyəsindən bıçaq xəsarəti alan Əli Məmmədov xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən S.Tağıyev tutulub.
Faktla bağlı araşdırılma aparılır.