Bu gün saat 18 radələrində Göyçay rayonunun Kürdəmiş kənd sakini, 56 yaşlı Yusifov Şahsən Şahlar oğlunun baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya daxil olması, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, keçirilmiş əməliyyat- istintaq tədbirləri nəticəsində Ş.Yusifova əllə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Novruz Mahmudov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.