52 yaşlı kişi evdə müəmmalı şəkildə öldü
20 sentyabr 2021 18:53 (UTC +04:00)

52 yaşlı kişi evdə müəmmalı şəkildə öldü

Bakıda 52 yaşlı kişinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 52 yaşlı Mutalov Əliyar Paşa oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

# 1089
avatar

Oxşar yazılar