50 min manatdan çox dələduzluq edən qadın:  15 nəfəri aldadıb...
20 noyabr 2021 10:17 (UTC +04:00)

50 min manatdan çox dələduzluq edən qadın: 15 nəfəri aldadıb...

Şəmkirdə dələduzluq edən şəxs saxlanılıb.

Lent.az-ın Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan əldə etdiyi məlumata görə, Şəmkir rayonunda vətəndaşların etimadından sui-istifadə etməklə dələduzluğa yol verməkdə təqsirləndirilən şəxs saxlanılıb.

Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının rayon vətəndaşlardan daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, rayon sakini, əvvəllər eyni əmələ görə məhkum olunmuş Şəhrizad Məmmədova saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs ümumlikdə 15 vətəndaşdan işlə təmin etmək və pensiya düzlətmək adı ilə 50.000 manatdan çox nağd pul alaraq onlara qarşı dələduzluq edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsinin (Dələduzluq) müvafiq bəndi ilə cinayət işi başlanılıb. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Şəmkir Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

# 1539
avatar

Oxşar yazılar

FHN-in humanitar yardım təyyarəsi Türkiyəyə yola düşdü -FOTO

FHN-in humanitar yardım təyyarəsi Türkiyəyə yola düşdü -FOTO

8 fevral 2023 , 02:54
Hərbi həkimlərimiz Kahramanmaraşda 

Hərbi həkimlərimiz Kahramanmaraşda 

8 fevral 2023 , 02:40
Kişi uşağının və qayınanasının üstünə qaynar su tökdü

Kişi uşağının və qayınanasının üstünə qaynar su tökdü

8 fevral 2023 , 02:20
Türkiyəyə daha bir yardım karvanı yola düşdü -FOTO

Türkiyəyə daha bir yardım karvanı yola düşdü -FOTO

8 fevral 2023 , 01:15
Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı rəngində işıqlandırldı

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağı rəngində işıqlandırldı

7 fevral 2023 , 22:32
Yolu keçən kişini maşın vurdu

Yolu keçən kişini maşın vurdu

7 fevral 2023 , 21:31
Türkiyədən azərbaycanlıları gətirən 2 avtobus yola düşüb

Türkiyədən azərbaycanlıları gətirən 2 avtobus yola düşüb

7 fevral 2023 , 20:10
Azərbaycan FHN-in xilasediciləri Türkiyənin zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas edib

Azərbaycan FHN-in xilasediciləri Türkiyənin zəlzələ bölgəsində 11 nəfərin həyatını xilas edib

7 fevral 2023 , 19:43