Zaqatalada FACİƏ:  Su maşını 5 yaşlı uşağın üstündən keçdi
16 iyun 2025 21:08 (UTC +04:00)

Zaqatalada FACİƏ: Su maşını 5 yaşlı uşağın üstündən keçdi

Zaqatalada 5 yaşlı uşağın üstündən “Kamaz” markalı yük avtomobili keçib.

Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında Zaqatala şəhəri ərazisində  baş verib.

Belə ki, 5 yaşlı Elman Məcid oğlu Şeyxəliyev  60 yaşlı Zaqatala şəhər sakini  Hacıömər Hacırəhim oğlu  Abbasovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin  altında qalıb.

Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Şeyxəliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə Korpusuna yerləşdirilib.

Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15632

Oxşar yazılar